Ən çox verilən suallar

İrana getmək və İranda müalicı olmaq və ya mal almaq üçün fikrinizdə olan sualları bizdən soruşun.

…Bizə yazın

İrandan nələr almaq olar?

— İrandan bir neçə ölkədən çıxması yasaq olan məhsun xaricində istədiyiniz və təbi ki sizə sərf eliyən hər şeyi almaq olar.

Bakıdan İrana necə gedilir?

— Bakıdan İran iki yolla getmək mümkündür. Birincisi və ən rahatı havayolları və uçaqdır. Bakııdan uçaqla Tehrana 1 saat məsafə var. İkincisi isə, sərhəddi geşərək Astara və Biləsüvar qapılarıdır. Bakıdan Astaraya və Biləsüvara isə 2 saat yarım yoldur.

İrana getmək üçün vizə lazım mı?

— Xeyir, lazım deyil. Azerbaycan vətəndaşları vizəsiz İrana gedəbilərlər.

İranda neçə gün qalmaq olar?

— Bir ay vizəsiz İranda qalabilərsiz.

Sərhəddə ən yaxın İranın hansı şəhəri var?

— Astaradan geçərkən ən yaxın şəhər İran Astarası, Rəşt və Ərdəbil, Biləsüvardan geçərsəniz Parsabad, Ərdəbil.

Astaradan Tehrana neçə saatdır?

— Otobüslə 6 saat.

Astarada Tehrana getmək üçün Otobüs bileti almaq olar mı?

Bəli.

İranda hansi pullar xərclənir?

— İrana gedərkən ən yaxşısı özünüzlə Dolar və ya Euro aparmanız səlahdır.

İrandan Manat xərcləmək olar?

— Olar, ancaq sizdən ucuza xırdalayacaqlar.

Pullarımızı harda xırdalaya bilərik?

— Havalimanı, Astara və Biləsüvar sərhəddi, Dövizlər.

Tehranda necə Hotel brun etmək olar?

— Bəzi hotelləri Booking dən. İranda Hotel rezervasyası üçün bizə yazın.

Manat-Rial kursunu hardan öğrənmək olar?

— www.Bonbast.com

Tehranda Azerbaycan dili danışan var mı?

— Tehranda 5 milyon Azərbaycanlı yaşamaqdadır. Özəlliklə Tehran bazarında əsnafın yüzdə 90ı İran türkləridir.

Məşhəd və Qum şəhərlərinə necə gedilir?

Qum şəhri Tehrana yaxın ancaq Məşhəd Tehrandan 8 saat uzaqlıqdadır.

Müalicə üçün İranın hansı şəhrinin həkimləri daha yaxşı?

Xəstəlikdən asılı olaraq İranın ən yaxşı həkimləri Tehran, Təbriz və Şirazda olur, ancaq xəstəlik növünə görə araştırmaq lazım. Ərdəbil şəhrində də yaxşı həkimləri sayı az dəyil.

Sərhəddən Təbrizə neçə saat yol var?

Astaradan Təbrizə 4-5 saat məsafə var.

Tehran bazarında nələr var?

Tehran bazarı dünyanın ən böyük qapalı bazarlarından biridir və orda istədiyiniz hər şey tapabilərsiz. Ancaq getmədən qabaqca araştırmaq lazım.

İranda baş örtü məcburi mi?

Hali hazırda İranda qadınlar üçün baş örtü məcburidir.

İranda yeməklər necədir?

İranlıların yemək zövqü Azərbaycanlılara çox oxşayır. Özəlliklə ətli yeməklər olduqca dadlı.